Yeddi evdən oğurluq edənlər ələ keçdi

Daxili işlər orqanlarının əməkdaşları soyğunçuluqla və oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş E.Həsənovun və C.Ağayevin ətraflarında Baş Cinayət Axtarışı İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki yeddi evdən pul, qızıl, inşaat materialları və məişət əşyaları oğurlamaları müəyyənləşdirilib.

Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimov ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu il iyulun 14-də bir qadına zor tətbiq edərək qızıl sırğasını alması da müəyyən olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR