"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)

"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)
17:43 22 Oktyabr 2019
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.

Klubdan Trend-ə verilən məlumata görə, oktyabrın 24-də baş tutacaq oyuna hazırlıqlar davam edir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL qarşılaşmasında bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3137297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı