Paşinyan Qarabağla bağlı bir-birinə zidd bəyanatlar verir -

Ermənistanın Respublikaçılar Partiyasının sözçüsü, sabiq vitse-spiker Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqqiq bir mövqedə olmamaqda günahlandırıb.

Metbuat.az “Sputnik-Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Şarmazanov mətbuat konfransında bildirib. O deyib ki, Paşinyan Qarabağ münaqişəsi ilə bağlı səhər bir, axşam ikinci, BMT kürsüsündən üçüncü, Xankəndində isə dördüncü bəyanatı verir.

“Paşinyanın Qarabağ məsələsindəki ziddiyyətli açıqlamaları danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir. Bu, ayıbdır. O deyr ki, Qarabağ - Ermənistandır, birləşmədən danışır. Yaxud da bəyan edir ki, bu, ərazi mübahisəsidir və Ermənistan da münaqişədə tərəfdir".

Ermənistan-Rusiya münasibətlərinə də toxunan Şarmazanov vurğulayıb ki, Paşinyanın bu münasibətlərin "ən yüksək səviyyədə" olması ilə bağlı çoxsaylı açıqlamalarına baxmayaraq, “Valday” Klubunun son iclasında müttəfiq bir ölkənin xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyini açıq şəkildə Qarabağa dair destruktiv mövqe tutmaqda günahlandırdı:

"Heç bir prezidentin zamanında belə olmamışdı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR