Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçiriləcək

Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçiriləcək
18:47 22 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

27 oktyabr 2019-ci il Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində "Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçiriləcək.

Milli.Az xəbər verir ki, müsabiqənin keçirilməsində təşkilatı dəstək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group-dur.

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar üzrə iştirak ediləcək: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Artıq iştirak etmək üçün bölgələrdən və paytaxt şəhərimizdən qeydiyyatdan keçən qruplar var.

"İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmaqlarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçiriləcək festival və müsabiqədə onlar arasında bir-birlərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı. Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik" Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov dedi.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/796233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR