Ronalduya ABŞ-dan 100 milyonluq təklif

Ronalduya ABŞ-dan 100 milyonluq təklif
21:17 22 Oktyabr 2019
129 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un futbolçusu Kriştianu Ronalduya ABŞ-dan maraqlı təklif gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ABŞ- şirkətlərindən biri portuqaliyalı hücumçunun instaqram hesabını icarəyə götürmək istəyir.

ABŞ mətbuatı şirkətin 1 illik icarəyə görə Ronalduya 100 milyon avro təklif etdiyini və 34 yaşlı hücumçunun bu təklifi müsbət qarşıladığını yazıb.

Maraq üçün qeyd edək ki, 187 milyon izləyicisi olan Ronaldu son bir ildə  instaqramdakı reklamlarından 38,2 milyon funt-sterlinq gəlir əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR