"Beşiktaş" "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq

"Beşiktaş" "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq
21:22 22 Oktyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının növbəti turunda "Qalatasaray"la qarşılaşacaq "Beşiktaş"  ciddi itkilərlə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubunun müdafiəçisi Duqlas uzun müddətə sıradan çıxıb. Braziliyalı futbolçunun ən azı bir ay meydana çıxa bilməyəcəyi məlum olub.

Xatırladaq ki, "Beşiktaş"da Dorukhan Toköz və Viktor Ruiz də uzun müddətə sıradan çıxıb.

"Beşiktaş" - "Qalatasaray" matçı oktyabrın 27-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı