Kəbin kəsilən zaman...

Kəbin kəsilən zaman...
21:52 22 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Kəbin kəsilən zaman qadın şərt qoya bilərmi ki, istədiyi zaman ərindən icazə almadan özü-özünə talaq vermək ixtiyarı var?

İslam şəriətinə görə, talaq vermək səlahiyyəti yalnız kişiyə aiddir və qadın özünə talaq verə bilməz. Hətta şəriətə görə, qadın talaq almaq istəyirsə, kişiyə müəyyən qədər maddi vəsait verib onu talağa razı sala bilər. Əgər kişi talaq verməkdən hər yolla imtina edirsə, bu zaman qadın şəriət hakiminə (müctəhidə və ya onun nümayəndəsinə) müraciət etməlidir. Şəriət hakimi kişini müxtəlif vasitələrlə talağa məcbur edə bilər, nəticə alınmazsa, özü bu səlahiyyəti boynuna götürüb kişnin adından talaq oxuya bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, kəbin zamanı qadın istədiyi zaman öz-özünə talaq vermək səlahiyyətini şərt qoya bilməz və bu şərt batildir. Amma kəbin zamanı bu şərt edilə bilər ki, qadın istədiyi zaman ərinin tərəfindən talaq vermək vəkilliyinə sahibdir. Bu şərtə əsasən ər öz arvadına vəkillik ixtiyarı verir ki, onun adından talaq oxutdursun. Əgər kişi kəbin zamanı bu şərti qəbul etsə, evlilik boyunca şərtə əməl etməlidir. Qadın istədiyi zaman bu şərti həyata keçirə bilər. Qadın vəkil olaraq ərinin adından talaq oxutdursa, bu talaq düzgün sayılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR