“Möhtəşəm yüz il”in aktyorları Bakıya gəlir

“Möhtəşəm yüz il”in aktyorları Bakıya gəlir
16:29 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yanvarın 29-da Nizami Kino Mərkəzində Türkiyənin məşhur aktyorlarının iştirakı ilə çəkilmiş yeni “Aşk sana benzer” filminin qala gecəsi keçiriləcək. Mərkəzdən Lent.az-a verilən məlumata görə, gecədə baş qəhrəmanları canlandıran aktyorlar Fahriye Evcen, “Möhtəşəm yüz il” serialının “Malkoçoğlu”su Burak Özçivit və “Sünbül ağa”sı Selim Bayraktar, filmin rejissoru A.Taner Elhan və yaradıcı qrupunun digər üzvləri qatılacaqlar.

 

Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A. Taner Elhanın lentə aldığı bu romantik dram bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı ayaqda saxlamaq üçün çarpışan Əli bir gün qəsəbəyə yeni gəlmiş gözəl qız - Denizlə qarşılaşır. İlk baxışdan bir - birlərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR