Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
03:33 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 62,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,87 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,86 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır (Trend).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/293860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR