Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb

Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb
05:57 23 Oktyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın "Pari Sen Jermen" komandasının futbolçusu Kilian Mbappe Lionel Messinin rekordunu üstələyib.
"Report" xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Belçikanın "Brügge" komandasını 5:0 hesabı ilə darmadağın edib.
Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetməylə meydana çıxmış Kilian Mbappe matçda 3 qolun müəllifi olub.
Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub. Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub. 
Messiyə qədər bu nailiyyət ispaniyalı hücumçu Raula aid olub. Bir zamanlar o da (22 yaş 163 gün) yarışdakı 15 qolu ilə turnirdə fərqlənənlərdən olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mbappe-messinin-rekordunu-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR