Bu dərmanlar qəbizlik yaradır - Mütəxəssis AÇIQLADI

Bu dərmanlar qəbizlik yaradır - Mütəxəssis AÇIQLADI
08:03 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyəli dietoloq Sinan Akkurt bildirib ki, aktivliyin və meyvə-tərəvəz qəbulunun azalması, xəmir xörəklərinə üstünlük verilməsi nəticəsində qış aylarında qəbizlik problemi daha tez-tez baş verir.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis qış aylarında düzgün qidalanma ilə bağlı vacib xəbərdarlıqlar edib.

Həkimin sözlərinə görə, xüsusilə payız aylarında istifadə edilən bəzi antidepressantlar qəbizlik yaradır. Digər tərəfdən də qışda ağır və yağlı qidalara üstünlük verilməsi və ya karbohidrat istəyinin artması nəticəsində bağırsaq hərəkətləri və maddələr mübadiləsi yavaşlayır.

Qəbizliklə mübarizədə ən vacib elementləri mütəxəssis belə sadalayıb:

“Qəbizlik probleminin qarşısını almaq üçün gündə 20-30 dəqiqə məşq etməyi tövsiyə edirəm. Zeytun yağı və kompot qəbizliyi aradan qaldıran ən güclü təbii vasitələrdir. Salatlara, həmçinin omeqa3 yağları ilə zəngin olan badam, qoz, fındıq, fıstıq kimi çərəzlərə, eləcə də gavalı, tut və ərik qurularına üstünlük vermək lazımdır. O, bildirib ki, ispanaq, kələm və alma da qəbizliyə qarşı effektli vasitələrdir. Alma isə qabıqlı halda yeyildiyi zaman daha faydalıdır. Ən vacibi çəkinizdən asılı olaraq gündə 1 litr yarım və ya 2 litr su içməyi unutmayın”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/293812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR