Yaponiya Çin arasında vacib görüş

Yaponiya Çin arasında vacib görüş
09:27 23 Oktyabr 2019
93 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Baş naziri Şinzo Abe çərşənbə günü Çinin sədr müavini ilə Van Tişanla görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tərəflər Çin-Yaponiya əlaqələrinin gücləndirilməsi mövzusunda fikir mübadiləsi apardılar və Çinin dövlət başçısı Si Szinpinin Yaponiyaya gələn ilin yazına planlaşdırılan səfərini müzakirə etdilər.

Qeyd edək ki, Çinin sədr müavini çərşənbə axşamı Tokioda baş tutan Yaponiyanın yeni imperatoru Naruhitonun and içmə mərasimində iştirak etmək üçün Yaponiyaya gələn hörmətli qonaqlardan biridir.

Ümumilikdə, mərasimdə iştirak etmək üçün 174 ölkənin 400 nümayəndəsi, o cümlədən 70-dən çox monarx və dövlət başçısı Yaponiyaya gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR