Şəki və Şamaxının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq

Şəki və Şamaxının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
09:52 23 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 10889 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 
Bildirilib ki, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. 
Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seki-ve-samaxinin-qaz-techizati-muveqqeti-dayandirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı