Azərbaycanda Rusiya vətəndaşı itkin düşüb

Azərbaycanda Rusiya vətəndaşı itkin düşüb
10:17 23 Oktyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Rusiya vətəndaşı olan qadın itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 21-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində baş verib.
Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Natalya Dubrovskaya həyat yoldaşı ilə birgə yaşadığı Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsindəki nömrəsiz fərdi evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-rusiya-vetendasi-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR