Mbappe Messiyə məxsus rekordu yenilədi

Mbappe Messiyə məxsus rekordu yenilədi
10:52 23 Oktyabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında Lionel Messinin rekordunu qırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın "Brugge" komandasını 5-0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada qeydə alınıb.

Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetmədən meydana çıxmış Kilian Mbappe het-trik edib.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe bununla da Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub.

Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR