ABŞ Suriyadakı terrorçuları 4.5 milyon dollar yardım etdi

Türkiyənin "Barış Pınarı" hərəkatına dair ABŞ-dan sonra Rusiya ilə də razılaşmasından sonra ABŞ prezidenti Donald Tramp daha bir addım atıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Tramp Əl-Qadiə terror qruplaşmasının Suriya qoluna maddi yardım edəcək. "Ağ Dəbilqəlilər" olaraq bilinən bu qruplaşmanın yaxın müddət ərzində ABŞ ilə əlaqədə olacağı gözlənilir.

"Ağ Ev"dən verilən açıqlamada yardım məbləğinin 4.5 milyon dollar olduğu qeyd edilib.

Qeyd edək ki, son olaraq bu ilin mart ayında ABŞ bu qruplaşmaya 5 milyon dollar ayıracağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR