ABŞ-ın yürütdüyü iqtisadi müharibə sadə iranlılara qarşı yönəlib - Zərif

ABŞ-ın yürütdüyü iqtisadi müharibə sadə iranlılara qarşı yönəlib - Zərif
11:58 23 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

İranın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin XVIII zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ-ın yürütdüyü iqtisadi müharibə-iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib: “Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.

Cavad Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur: "Nəticədə milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR