Bakı sakininə qarşı soyğunçuluq edilib

Bakı sakininə qarşı soyğunçuluq edilib
12:37 23 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Ələkbərov oktyabrın 21-də Nərimanov rayonunun ərazisində 2 nəfərin ona məxsus içərisində bank kartları olan pulqabısını açıq talama yolu ilə almalarını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Tağıyev və Füzuli rayon sakini E.Nəsirov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakinine-qarsi-soygunculuq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR