BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Azərbaycana səfər edəcək

BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Azərbaycana səfər edəcək
12:42 23 Oktyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo Qoşulmama Hərəkatının XVIII sammiti ilə əlaqədar oktyabrın 24-dən 30-dək Cənubi Qafqaz regionuna səfər edəcək.
"Report" BMT-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Rozmari DiKarlo oktyabrın 25-dən 26-dək Azərbaycanda işgüzar səfərdə olacaq və Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII sammitində BMT Baş katibini təmsil edəcək.
O, Bakıda Azərbaycan hökumətinin nümayəndələri, BMT agentliklərinin və Azərbaycanda fəaliyyət göstərən tərəfdaş vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən gənclər qruplarının nümayəndələri ilə ikitərəfli məsləhətləşmələr aparacaq.
Sammit çərçivəsində təşkilata üzv bəzi ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməsi də gözlənilir.
BMT Baş katibinin müavini oktyabrın 27-də Gürcüstana, oktyabrın 28-də isə Ermənistana gedəcək.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.
Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmt-bas-katibinin-siyasi-meseleler-uzre-muavini-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR