Klub rəsmisindən futbolçuya: "Qardaşım qızına mesaj yaza bilərsən" - FOTO

Klub rəsmisindən futbolçuya: "Qardaşım qızına mesaj yaza bilərsən" - FOTO
12:52 23 Oktyabr 2019
144 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Fiorentina" klubunun idman direktorui Daniele Prade bu günlərdə verdiyi bir açıqlama ilə müzakirələrə səbəb olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, klub rəsmisi futbolçu Caetano Kastrovillinin müqaviləsinin uzadılması ilə bağlı mərasimdə müzakirələrə səbəb olan açıqlama verib.

İdman direktoru açıqlamasında "Caetano Kastrovillinin müqaviləsini 2024-cü ilə qədər uzatdıq. Həqiqətən, yaxşı və təvazökar bir insandı. Ona bu şəkildə davam edərsə, "Instagram"dan qardaşım qızına mesaj yaza biləcəyini dedim. Qardaşım qızı həqiqətən gözəl qızdı" deyib.

Daniele Pradenin bu açıqlmasından sonra çox sayda "Instagram" istifadəçisi onun qardaşı qızı Kostanza Qrimaldinin profilini izləməyə başlayıb. Nəticədə italiyalı gənc qızın səhifəsini izləyənlərin sayında böyük artım müşahidə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR