Xaçmazda 29 yaşlı kişi keçmiş qayınatasını qətlə yetirdi

Xaçmazda 29 yaşlı kişi keçmiş qayınatasını qətlə yetirdi
12:55 23 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Qımıl kənd sakini, 1990-cı il təvəllüdlü Səfər Qurbanov keçmiş qayınatası, 1961-ci il təvəllüdlü Əlihüseyn Qədirovla mübahisə edib. Mübahisə nəticəsində S.Qurbanov Ə.Qədirova 8 bıçaq zərbəsi endirib. Ə.Qədirov qohumlarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3137670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR