Mağazada sevgilisini vəhşicəsinə öldürdü – Azərbaycanda DƏHŞƏTLİ QƏTL

Sumqayıt şəhərində sevgilisini qətlə yetirən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Sumqayıt Şəhər Prokurorluğunda Abdullayev Seymur Zərbalı oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə mayın 3-də 17:00 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində baş verib. Abdullayev Seymur Zərablı oğlu şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızına bıçaqla çoxsaylı xəsarətlər yetirib, lakin Gülnar Əmənova vaxtında xəstəxanaya çatdırılmaqla həyatı xilas edildiyindən, o cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda 3 may 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Əmənova Gülnar Şaməddin qızı Sumqayıt şəhər TTYX-da göstərilən tibbi tədbirlərə baxmayaraq, 14.05.2019-cu il tarixdə aldığı xəsarətlər nəticəsində öldüyündən Abdullayev Seymur Zərbalı oğlunun əməli Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif olunub.

(news24.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR