Rusiyada 5 nəfər dəm qazından öldü - Biri uşaqdır

Rusiyada 5 nəfər dəm qazından öldü - Biri uşaqdır
14:17 23 Oktyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Çelyabinsk vilayətində beş nəfər dəm qazından ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə fərdi evlərdən birində qeydə alınıb.

Ölənlərdən biri uşaqdır.

Məlumatda bildirilir ki, beş nəfərdən ibarət ailənin yaşadığı evə iki nəfər də qonaq gəlib.

Baş vermiş hadisə nəticəsində ailənin dörd üzvü, o cümlədən bir uşaq və qonaqlardan biri dəm qazından boğularaq ölüb. Digər iki nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR