“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində  “Eurasia Innovation Day” keçirilib
14:35 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Heydər Əliyev Mərkəzində "InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Huawei" şirkətinin birgə təşkilatçılığı ilə "Eurasia İnnovation Day" adlı tədbir keçirilib.

 

Dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Nazir müavini bu istiqamətdə imzalanmış "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Sərəncamın əhəmiyyətini vurğulayıb. "Sərəncama əsasən, koordinasiya subyektlərində innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub və hesabatlılıq sistemi formalaşdırılır".

 

"Eyni zamanda aidiyyəti koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir ", – deyə Elmir Vəlizadə vurğulayıb.

 

"Eurasia Innovation Day" çərçivəsində 3 panel təşkil edilib.

 

"Rəqəmsal əlaqə" adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

 

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib.

 

Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63663-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR