FHN: Xəzərdə itkin düşən şəxsin axtarışlarına helikopter cəlb edilib

FHN: Xəzərdə itkin düşən şəxsin axtarışlarına helikopter cəlb edilib
14:43 23 Oktyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Publika.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı