Goranboyda bir gündə 10 mindən çox ağac əkiləcək (FOTO)

Goranboyda bir gündə 10 mindən çox ağac əkiləcək (FOTO)
14:50 23 Oktyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Goranboyda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ağacların əkiləcəyi ərazilərin xəritələşdirilməsi işləri aparılır.

Bunu Trend-ə Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Ceyhun Həsənov deyib.

Onun sözlərinə görə, ağacəkmə tədbirləri zamanı rayonda 10 mindən çox ağac əkiləcək.

C.Həsənov artıq ağacların əkiləcəyi ərazilərin müəyyən edildiyini deyib.

RİH başçısının müavini qeyd edib ki, ağaclar Goranboy-Naftalan yolunun kənarlarında, şəhərin üç istiqamətdən girişində və 86 yaşayış məntəqəsinin hər birinin girişində əkiləcək:

“Əsasən, şam, çinar ağaclarına üstünlük veriləcək. Artıq ağacların əkilməsi üçün 7-8 min quyu qazılıb. Hazırda qalan quyuların qazılması üçün işlər aparılır. Bu aksiyada bütün rayon ictimaiyyəti iştirak edəcək. Belə bir aksiyanın keçiirlməsini çox yüksək dəyərləndiririk”.

C.Həsənov əlavə edib ki, əkiləcək ağaclar artezian quyuları vasitəsilə suvarılacaq.

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər sayda ağac əkiləcək.

Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3137158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR