"Ankara-Şam dialoqları üçün yardım edə bilərik" - İrandan açıqlama

"İran torpaq bütünlüyü, beynəlxalq hakimiyyəti gücləndirmək, bölgəyə hüzur və istiqrarın gəlməsi üçün hər cür addımı məmnuniyyətlə qarşılamaqdadır. Cənub Suriyadakı çatışmaları sonlandırmaq üçün Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşmanı istiqrar və hüzurun təmin edilməsi üçün atılan müsbət bir addım kimi dəyərləndiririk".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyi sözcüsü Abbas Musəvi Türkiyə ilə Rusiya arasındakı razılaşmaya dair açıqlamasında deyib.

Bu razılaşmanın Türkiyənin narahatlıqlarını həll etməsinə və Suriyanin torpaq bütünlüyü ilə beynəlxalq hakimiyyətini gücləndirməsinə səbəb olacağına ümid etdiklərini qeyd edən Musəvi Ankara ilə Şam arasındakı dialoq üçün kömək edə biləcəklərini də əlavə edib.

Qeyd edək ki, dünən Soçidə keçirilən görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Suriyadakı əməliyyatlara dair ortaq razılıq əldə etmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR