"Razılaşmanın nəticəsindən danışmaq üçün tezdir" - NATO-dan Suriya açıqlaması

"Razılaşmanın nəticəsindən danışmaq üçün çox tezdir" deyən NATO Baş katibi Cens Stoltenberq "Soçi razılaşması Suriyada siyasi həll üçün cəsarət vericidir. Böhrana diplomtik həll tapılması üçün təşəbbüslər artırılmalıdır" ifadələrini də əlavə edib.

Metbuat.az xəbər verir ki, Stoltenberq anlaşmadan sonra Suriyanın cənubunda şiddətin azaldığını görməyin xoş olduğunu qeyd edib və Suriyadakı humanist yardım məsələsindəki öhdəlikləri də xatırladıb.

"Bu razılaşmanı davam etdirə bilərik. Suriyada siyasi həllə ehtiyac var" deyən Stoltenberq İŞİD ilə mübarizədə qazandıqlarnı riskə atmamalı olduqlarını söyləyib. O, Brüsseldəki NATO Müdafiə Nazirləri iclasında Suriyanın cənubundakı son vəziyyəti müzakirə edəcəklərini də deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR