Ötən il not bazarı 48 faiz artaraq 507,9 milyon manata çatıb

16:33 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Ötən il ərzində Mərkəzi Bankın qiymət stabilliyinin təmin olunması funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar və onlarla aparılan repo əməliyyatlarının dinamikasında özünü qabarıq şəkildə büruzə verib.
AzərTAc xəbər verir ki, hesabat dövrü ərzində Mərkəzi Bankın notlarının yerləşdirilməsinin ötən illə müqayisədə 47 faiz azalaraq 158,1 milyon manat təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarəti 8 dəfə artaraq 349,8 milyon manat təşkil edib. Bütövlükdə not bazarı 48 faiz artaraq 507,9 milyon manata çatıb.
2014-cü il ərzində 3,5 milyard manat həcmində repo/əks-repo əməliyyatları baş tutub ki, bu da ötən il ilə müqayisədə 46 faiz azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR