İranlı cüdoçular bütün yarışlardan kənarlaşdırıldılar

İranlı cüdoçular bütün yarışlardan kənarlaşdırıldılar
16:57 23 Oktyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İntizam Komissiyası İran Cüdo Federasiyasının bütün yarışlardan kənarlaşdırılmasına qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İran idmançıları təkcə beynəlxalq yarışlardan yox, həmçinin inzibati və sosial tədbirlərdə iştirak etmək hüququndan da məhrum olublar.

IJF bu ilin sentyabrında Yaponiyada keçirilmiş dünya çempionatındakı hadisə ilə əlaqədar federasiyanı yarışlardan müvəqqəti kənarlaşdırıb.

Mundial ərəfəsində avqustun 28-də iranlı Said Mollaei federasiya və ölkə rəhbərliyinin göstərişi ilə İsrail təmsilçisi Saqi Muki ilə mümkün görüşün qarşısını almaq üçün turnirdə iştirakdan imtina edib.

Rəsmilər daha sonra Mollaeiyə belə bir göstəriş vermədiklərini və imtinanın idmançının şəxsi təşəbbüsü olduğunu bildiriblər. Araşdırmanın yekununda isə IJF İran Cüdo Federasiyasının günahkar olduğunu aşkarlayıb.

Cəzanın aradan qaldırılması üçün İran Cüdo Federasiyası IJF-yə təşkilatın nizamnaməsinə uyğun olacağına dair zəmanət verməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR