Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub
21:37 23 Oktyabr 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 22-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov cari il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manatının oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini T.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/796624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı