Azərbaycan millisindən uğurlu start

Azərbaycan millisindən uğurlu start
22:58 23 Oktyabr 2019
133 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 23-də futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinə qələbə ilə başlayıb.

Publika.az xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb.

Çexiyalı baş hakim Ondrey Çerninin idarə etdiyi oyunda millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya dubl edib, Vassura isə bir dəfə fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.

Turun ilk oyununda isə Slovakiya komandası Monteneqronu 5:0 hesabı ilə məğlub edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/293963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR