ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib
23:15 23 Oktyabr 2019
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ABŞ prezidenti Donald elan edib.

Vaşinqton administrasiyasının rəhbəri deyib: "Mən, maliyyə naziri Stiven Mnuchinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim".

Eyni zamanda, ABŞ-ın lideri Türkiyənin Suriyadakı addımlarından razı qalmadıqları təqdirdə, sanksiyaları bərpa etməyə hazır olduğunu açıqlayıb: "Sanksiyalar, bizim xoşlamadığımız bir şey olmayana qədər ləğv olunacaq".

Tramp, Ankaranın Suriya aid üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türk poladına və Türkiyədən gətirilən digər mallara rüsumları əhəmiyyətli dərəcədə artıracağını söyləyib.

Çərşənbə günü Tramp, digər ölkələri Türkiyə ilə Suriyanın aralarındakı sərhəd üzərində nəzarəti gücləndirməyə kömək etməyə çağırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3138007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR