Xəzər rayonunda 34 yaşlı qadını maşın vurub, sürücü qaçıb

Xəzər rayonunda 34 yaşlı qadını maşın vurub, sürücü qaçıb
01:57 24 Oktyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Hacıyeva Rəksanə Malik qızı yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 
Ona kəllə-beyin travması və baldır sümüyünün sınığı diaqnozu qoyulub.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xezer-rayonunda-34-yasli-qadini-masin-vurub-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR