Paralimpiyaçı evtanaziya üsulu ilə həyatdan məhrum edilib

Paralimpiyaçı evtanaziya üsulu ilə həyatdan məhrum edilib
03:42 24 Oktyabr 2019
129 Digər
Ölkə mətbuatı
A- A+

Belçika Paralimpiya Oyunlarının çempionu Marika Vervut evtanaziya proseduruna məruz qalıb.
“Report” “BBC”yə istinadən xəbər verir ki, idmançı güclü ağrılardan əziyyət çəkirmiş. Uzun illər o, yalnız idman sayəsində həyatda sağ qaldığını bildirib. Vervut “2012 Paralimpiya oyunların”da əlil arabasında yarışda qalib gəlib.
2016-cı ildə üzərində evtanaziya aparılmasına icazə üçün sənədlər toplamağa başlayan idmançı güclü ağrılarının olduğunu sübut edib. O, nadir degenerativ əzələ xəstəliyindən əziyyət çəkirmiş.
22 oktyabr axşamı, çempion evtanaziya üsulu ilə həyatdan məhrum edilib.
Belçikada 2002-ci ildən evtanaziyaya icazə var. Vervutun 40 yaşı olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/paralimpiyaci-evtanaziya-usulu-ile-heyatdan-mehrum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR