ABŞ Türkiyəni ehtiyatlı olmağa çağırdı: Rusiya ilə...

ABŞ Türkiyəni ehtiyatlı olmağa çağırdı: Rusiya ilə...
07:23 24 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiyayla Suriya üzrə bağlanan sazişə görə Türkiyəni ehtiyatlı olmağa çağırıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika administrasiyasındakı mənbə bildirib.

Nümayəndə qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya raket komplekslərinin alınması ilə əlaqədar Ankaraya öz narazılığını ifadə edir. O, Türkiyəni “bütün qalan məsələlər”də də Rusiya ilə razılaşmada ehtiyatlı olmağa çağırıb.

Onun sözlərinə görə, ABŞ hər iki tərəflə yaxşı münasibətlər saxlamaq üçün həm Türkiyə, həm də Suriya kürdləri ilə işləyəcək. Mənbə əlavə edib ki, Birləşmiş Ştatlar Türkiyə və Rusiya arasında Suriya üzrə razılaşmada heç bir rol oynamayıb.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.

Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.

Rusiya və Türkiyə RAZILAŞDI: 150 saat ərzində... - Dünya bu açıqlamanı gözləyirdi - VİDEO (YENİLƏNDİ)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/293968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR