Facebook evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb

Facebook evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb
08:37 24 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Facebook" Kaliforniya ştatında mənzil əlyetərliyi problemini həll etmək üçün 1 milyard dollar vəsait ayırıb. Şirkətdən bildiriblər ki, ştatın rəhbərliyi bu böhranın öhdəsindən təkbaşına gələ bilmir. Digər nəhəng IT şirkətlər kimi "Facebook"un da baş ofisi Kaliforniyada yerləşir. Yüksək maaşlı mütəxəssislər ştata köçür və buna görə də mənzil qiymətləri artır. Nəticədə aşağı gəlirli ailələr bir sıra çətinliklər yaşayır.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Facebook"un investisiyaları 20 min evin inşaatına istiqamətlənib. Bu evlər "həyati əhəmiyyət kəsb edən işçilər"- müəllimlər, tibb bacıları və təcili yardım işçiləri üçün nəzərdə tutulub.

Başqa şirkətlərin də "Facebook"a qoşulması zəruridir. Ancaq dövlət və özəl sektorun əməkdaşlığı və xeyriyyəçilik tədbirləri vasitəsilə qiymət böhranı vəziyyətindən çıxmaq olar.  

Əlyetər mənzil problemi sadəcə aztəminatlı ailələrə deyil, orta sinfə də toxunur. Şirkətdən açıqlayıblar ki, San-Fransiskoda illik gəliri 100 min dollardan yuxarı olan dörd nəfərlik ailə aztəminatlı sayılır.

Gələcək 10 il ərzində də "Facebook" Kaliforniya ştatında mənzil tikintisinə 1 milyard dollar vəsait ayırmağı planlaşdırır:

250 milyon dollar müxtəlif gəlir səviyyəsinə aid insanlar üçün yaşayış komplekslərinin tikintisinə sərf olunacaq. Qeyd edilən yaşayış kompleksləri dövlətə məxsus boş torpaq sahələrində inşa ediləcək.

150 milyon dollar əlyetər mənzillərin inşaatına ayrılacaq. San-Fransisko körfəzi rayonunda məskunlaşmış evsizlər də yaşayış sahəsi ilə təmin olunacaq. 225 milyon dollar şirkətin baş ofisinin yerləşdiyi Menlo Parkda "Facebook"a məxsus torpaq sahələrində tikiləcək mənzillər üçün ayrılıb. Müxtəlif gəlir səviyyəsində olan insanlar üçün 1,5 mindən çox mənzil tikiləcək. 25 milyon dollar San-Mateo və Santa-Klara məktəb rayonlarının müəllimləri və digər mütəxəssislərin mənzil problemini həll etməyə yönəldilib. Və nəhayət, əlavə öhdəliklər üçün 350 milyon dollar nəzərdə tutulub.

2019-cu ilin iyun ayında "Google" açıqlayıb ki, San-Fransiskoda mənzil tikintisinə 1 milyard vəsait yatıracaq. 750 milyon dolları 15 min evin tikintisinə, 250 milyon dolları isə inkişaf etdiricilər (developer) üçün investisiya fondunun yaradılmasına sərf edəcək. Onlar isə öz növbəsində 5 min əlverişli mənzil inşa edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/796455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR