Azərbaycanda daha 4 nəfər bu səbəbdən öldü

Azərbaycanda daha 4 nəfər bu səbəbdən öldü
09:23 24 Oktyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR