Rusiyalı ekspert: "Azərbaycanda cəmiyyətin tələbatına uyğun olan islahatlar ölkənin inkişafına təkan verəcək"

Rusiyalı ekspert: "Azərbaycanda cəmiyyətin tələbatına uyğun olan islahatlar ölkənin inkişafına təkan verəcək"
15:07 24 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

“Rəhbərliyə gənclərin gətirilməsi, elit zümrələrdə nəsillərin dəyişikliyi təbii və məntiqli, bir növ bioloji amillə şərtlənən bir prosesdir. Azərbaycanda da bunlar gec-tez baş verəcək”.
Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov Azərbaycan hökumətindəki kadr dəyişikliklərini şərh edərkən bildirib.
“Qeyd etmək istərdim ki, hakimiyyətin yuxarı pillələrində həyata keçirilən kadr dəyişikliklərinə gənclər valideynlərinə, bütövlükdə yaşlı nəsil nümayəndələrinə nisbətən daha sakit, haradasa hətta laqeyd münasibət göstərir”, - deyən rusiyalı politoloq hakimiyyətə daha da təhsilli, savadlı şəxslərin cəlb olunmasını hər bir dövlətin mövcudluğu üçün başlıca şərt olaraq dəyərləndirib. Belə ki, mürəkkəb quruluşa malik sistem olan dövlət öz-özünü yaşatmağa çalışır.

 Oleq Kuznetsov

Rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov

"Hakimiyyətə gənc, səriştəli, ixtisaslı kadrların cəlb olunması zamanın hökmü və tələbatıdır".
“Odur ki, mən bunu nəsə fövqəladə bir şey yox, obyektiv zərurət olaraq görürəm. Müasir sivilizasiyanın informasiya, texnika və texnologiya məcrasındakı inkişafı əsnasında bütün səviyyələrdə dövlət idarəçiliyindəki məmurlara qarşı keyfiyyətcə yeni tələblər ortaya çıxır”, - deyən politoloq hakimiyyətə gənc, səriştəli ixtisaslı kadrların cəlb olunmasını zamanın hökmü və tələbatı kimi səciyyələndirib.
Dövlət idarəçiliyi sistemində aparılan islahatlar çərçivəsindəki dəyişikliklər barədə danışan rusiyalı ekspert hakimiyyətə yeni kadrların cəlb olunması ilə əvvəla, Azərbaycan iqtisadiyyatının inkişaf edəcəyini qeyd edib: “Artıq büdcənin xammal gəlirlərini yeyib-dağtmağa vərdişi olmayan, həm əhalinin güzəranını yaxşılaşdırmaq, həm də təkmil vergi sistemi vasitəsilə dövlət büdcəsini doldurmaq üçün qeyri-xammal sahələrini inkişaf etdirməyə meylli yeni idarəçilər nəsli gəlir. Onların bunun zərurətini başa düşmələri, bunu bacarmaları mühüm məsələdir”.
“Dünən bir nəfər hörmətli və varlı rusiyalı azərbaycanlıdan ölkədə “kadr inqilabı baş verdiyi” barədə söz eşitdim. Azərbaycanın daxili işləri ilə tanış olmadığım üçün bu dəyişiklikləri keyfiyyətcə dəyərləndirə bilmərəm, odur ki, onunla mübahisə etmək mənim üçün çətindir. Amma savadlı və təcrübəli bir insanın struktur dəyişikliklərinə dair inqilab sözünü işlətməsi həmin dəyişikliklərin cəmiyyətin tələbatına uyğun olmasını, daha çox sosial iqtisadi sahədə vətəndaş təşəbbüslərinin inkişafına təkan verə biləcəyini göstərir. Bu da bütövlüklə Azərbaycanın inkişafında ciddi bir sıçrayışa gətirib çıxara bilər”, - rusiyalı politoloq fikrini tamamlayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/analitika/rusiyali-ekspert-azerbaycanda-islahatlar-cemiyyetin-telebatina-uygun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR