Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Qaradağda 11 mindən çox ağac əkiləcək

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Qaradağda 11 mindən çox ağac əkiləcək
15:08 24 Oktyabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.

Bunub Trend-ə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov deyib.

Onun sözlərinə görə, "Nəsimi ili" ilə əlaqədar ölkə ərazisində bir çox mühim tədbirlər həyata keçirilib: "Növbəti belə tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. "Nəsimi ili" ilə əlaqədar olaraq Qaradağ rayon ərazisində 11 800 ədəd ağac və 6200 ədəd alyandrın əkilməsi nəzərdə tutulub".

N.Muradov deyib ki, Qaradağ rayonunda ağacəkmə aksiyası 27 ərazidə keçiriləcək: "Həmin ərazilər Lökbatan qəsəbəsi, Bakı Dairəvi yolunun 5-ci (20 Yanvar dairəsi istiqamətinə yolun sağ tərəfi) və 11-ci km-i (Lökbatan dairəsi istiqamətinə yolun sağ tərəfi), Lökbatan-Qobu yolunun 1-ci km-i (yolun sol və sağ tərəfi), Lökbatan-Qızıldaş yolunun 1-4-cü km-i (yolun sol və sağ tərəfi), Sahil qəsəbəsi, Bakı-Ələt yolunun 27, 33 və 57-ci km-i, Qobustan qəsəbəsi, Qoruq yolu küçəsi, Ələt qəsəbəsi, Salyan yolu küçəsi (yolun sağ və sol tərəfi), Ələt qəsəbəsi, Bakı-Qazax yolunun 70-75-ci km-i (yolun sağ və sol tərəfi), Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 20-ci km-i (yolun sol tərəfi), məscid yolu (yolun sağ tərəfi), Qızıldaş qəsəbəsi, qəsəbənin girişindən yolun sonunadək, Ümid qəsəbəsi, Mərkəzi küçə (yolun sağ və sol tərəfi), qəsəbə məscidinin ətrafı və s-dir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3135307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR