Azərbaycan millisi FİFA reytinqində gerilədi

Azərbaycan millisi FİFA reytinqində gerilədi
15:32 24 Oktyabr 2019
128 İdman
Ölkə mətbuatı
A- A+

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1189 xalla 111-ci pillədə qərarlaşıb.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1631) 7-ci (+1),  Uels (1524) 24-cü (-1), Slovakiya (1493) 31-ci (-2), Macarıstan isə (1429) 50-ci (0) pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1755 xalla Belçika başçılıq edir.Fransa 1726 xalla ikinci pilləyə yüksəlib. Braziliya 1715 xalla üçüncüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR