Kərbəlaya gedən azərbaycanlı axund itkin düşdü - FOTO

Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlu itkin düşüb.

Metbuat.az Trend-ə istinadən bildirir ki, bu barədə itkin düşən şəxsin yaxınları bildirib.

Qeyd olunur ki, D.Yusifov bu ayın əvvəli yaxınları ilə İraqa Kərbəla ziyarətinə yola düşüb. Orada bir neçə gün ziyarətdə olan şəxs qəfil yoxa çıxıb.

Yaxınlarının sözlərinə görə, onlarla birlikdə gedən şəxslər bu gün artıq geri qayıdıblar, ancaq D.Yusifovdan xəbər yoxdur. Kərbəlada D.Yusifovla birlikdə olan şəxslər onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət ediblər və şəhərdə fotolarını yayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR