Bakcell şirkəti "Rəqəmsal kənd" layihəsinə dəstək verir

Bakcell şirkəti "Rəqəmsal kənd" layihəsinə dəstək verir
16:37 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ilə birlikdə “Rəqəmsal kənd” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsində yaşayan uşaqların müasir informasiya-kommunikasiya texnologiyalarından və internet resurslarından istifadəsinə şərait yaratmaqdır. Layihə uşaqların internet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaq.

Bu məqsədlə Bakcell şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində Wi-Fi infrastukturu qurulub. Bununla yanaşı, uşaqların internetə təhlükəsiz çıxışını təmin etmək məqsədilə məzmunun filtirlənməsi həyata keçirilib.

“Rəqəmsal Kənd” layihəsi “SOS Uşaq Kəndləri”nin fəaliyyət göstərdiyi bütün ölkələrdə həyata keçirilir.

Qeyd edək ki, “SOS”la Bakcell şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 4 birgə layihə həyata keçirilib.

***

Bakcell haqqında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR