"Leyli obrazı üçün məndən 5 min manat rüşvət istədilər" - Əməkdar artistdən ŞOK AÇIQLAMA

"Leyli obrazı üçün məndən 5 min manat rüşvət istədilər" - Əməkdar artistdən ŞOK AÇIQLAMA
17:37 24 Oktyabr 2019
250 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Tolik "Hər şey daxil" verilişində qonaq olan sənətçinin reklam arası ona söylədiklərini canlı yayımda səsləndirib:

"Nigar xanımdan "Leyli və Məcnun" operasında Leyli obrazını oynamaq üçün Nigar xanımdan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib".

Müğənni aparıcının sözlərini təsdiqləyib və o rüşvət tələbindən sonra teatrın səhnəsində çıxış etmədiyini bildirib.

Qeyd üdək ki, Nigar Şabanova 29 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/796814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR