“Qarabağ”da daha bir şok itki

“Qarabağ”da daha bir şok itki
19:22 24 Oktyabr 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək "Qarabağ"da daha bir itki baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zədəsini sağaldan Xayme Romero yenidən sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi son məşqdə zədələnib. 29 yaşlı futbolçu Kipr klubu ilə oyunu buraxacaq.

Bundan başqa, Abbas Hüseynov, Faysal Rerras və Filip Ozobiçin də Nikosiya təmsilçisinə qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı