“Şəmkir Aqropark”ına xarici investorlar cəlb olunur - FOTO

“Şəmkir Aqropark”ına xarici investorlar cəlb olunur - FOTO
16:37 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 16:31 ]


Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə “Yeni baxış, yeni imkanlar - Şəmkir Aqropark” biznes forumu keçirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə “Şəmkir Aqropark” MMC-nin direktoru Zəfər Quliyev layihənin yaratdığı investisiya imkanları və innovativ-texnoloji yeniliklər barədə iştirakçılara məlumat verib.

 

O, qeyd edib ki, “Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və maketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinsiya olunmuş təsərrüfatçılıq subyektidir.

 

İlkin olaraq 543 ha ərazini əhatə etməsi nəzərdə tutulan aqropark üçün əslində rayonun bütün istehsal sahələri iştirakçı hesab edilə bilər. Bu isə potensial investorlar üçün cəlbedici amillərdən sayılır. Eyni zamanda aqroparkın istehsalıçı və satışla məşğul olan strukturları bir-birindən ayırması, potensial yerli və xaricə bazara çıxış imkanlarının genişliyi, nəqliyyat yollarına yaxınlıq bu nəhəng layihəni maraqlı və rentabelli edir.

 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə deyib ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət bu cür layihələrin həm bazasını yaradır, həm də zəmanətçisi kimi çıxış edir. Belə ki, tikintisi davam edən Şəmkirçay dəryaçası aqroprakın su ilə təchizatını üzərinə götürəcək. Biznes forumda iştirka edən yerli və xarici işadamları layihə ilə bağlı fikirlərini, onun fəaliyyətində iştirak ehtimallarını qiymətləndirib.

 

Daha sonra İtaliyanın “Unitec” “İzolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətləri ilə “Şəmkir Aqropark”ı arasında gələcək əməkdaşlığa dair niyyət protokolları imzalanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR