Azərbaycanlı cüdoçu “Böyük dəbilqə”də ikinci oldu

Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Metbuat.az xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə italiyalı Manuel Lombardoya məğlub olaraq gümüş medalla kifayətlənib.

Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR