“Maşınımı satıb borclarımı ödədim” – Arif Quliyev

“Maşınımı satıb borclarımı ödədim” – Arif Quliyev
16:41 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyev yeni avtomobil alıb.

Axşam.az-ın məlumatına görə, “ATV Maqazin” verilişinə açıqlama verən aktyor maşını kreditə götürdüyünü deyib:

“Köhnə maşınımı 5 min manata satdım. Borclarımı ödədim. Yeni avtomobilimi 3 aydır almışam. Hər ay 360 manat banka pul ödəyirəm. Gecikdirmirəm. Toylara gedirəm. Oradan qazandığım pulla həll edirəm. Təsəvvür edin ki, mən bu günə kimi bir adamın maşınını sürməmişəm. Ehtiyat eləmişəm ki, özgənin əmanətidir”.

A.Quliyev əlavə biznesinin olmamasının səbəbindən də danışıb:

“Vaxtında imkan yaranmışdı. Hətta insanlar da var idi ki, mənə hər şeyi verirdilər. Biznes üçün şərait yaradırdılar. O işi ki, mən hiss eləmirəm ona yaxın durmuram. Ona görə də, heç vaxt əlavə biznesim olmayıb”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR