Bakıda bağlı qalan cinayətlər: 2 qəsdən adam öldürmə, 29 quldurluq

Bakıda bağlı qalan cinayətlər: 2 qəsdən adam öldürmə, 29 quldurluq
16:44 16 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Bakıda 2 qəsdən adam öldürmə və 29 quldurluq hadisəsinin üstü açılmayıb.

 

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

 

Müşavirədə 2013-ci illə müqayisədə ötən il qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 29  quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin cinayətlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi vurğulanıb. 

 

Qeyd olunub ki, şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR