İlqar Rəhimov BPK-nin icraçı direktoru ilə görüşdü

İlqar Rəhimov BPK-nin icraçı direktoru ilə görüşdü
18:12 25 Oktyabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının Bonn şəhərində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin Baş assambleyasında iştirak edir.

Milli.Az xəbər verir ki, İ.Rəhimov səfər çərçivəsində BPK-nin yeni təyin olunmuş icraçı direktoru Mayk Piterslə görüşüb. Görüşdə Paralimpiya hərəkatının inkişafı, "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına hazırlıq və BPK ilə MPK arasında əlaqələrin genişləndirilməsi sahəsində məsələlər müzakirə edilib.

Komitənin prezidenti sonra "Agitos" Beynəlxalq Fondunun İcraiyyə Komitəsinin sədri Rita Van Drellə görüşmüş və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi barədə müzakirələr aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/797209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR